Cəbhədə gedən şiddətli döyüşlər azərbaycanlı məşhurların da diqqətindən yayınmır. Onlar bu barədə paylaşımlar edir, ordumuza dəstək olurlar.
Yenisabah.az-a danışan tanınmış aparıcı, şairə Nazilə Səfərli torpaqlarımızın işğaldan azad olunması ilə bağlı sevincini bölüşüb:
“O qədər çoxşaxəli hisslər yaşayıram ki, izah edə bilmirəm. Sadəcə gücüm ona yetir ki, sosial şəbəkə hesabımda tez-tez paylaşımlar edim. Mənim dayım oğlu da cəbhədədir, hələ ki, ondan heç bir xəbərimiz yoxdur. Biz borçalılar, Gürcüstan azərbaycanlıları tarix boyu üç dəfə köç ediblər: Birinci dəfə Ağdam, Şuşadan İncədərəsinə - Qazağa, sonra da Borçalıya. Yəni hara baxsan, 18-ci əsr kökümüz gedib Qarabağa çıxır. Qanımda, ruhumda Qarabağ axır, necə ola bilərəm? Şəhidlərimizə çox üzülürəm, bir də erməni dığalarının acizanə durumlarına. Sanki məhlə uşaqları bir-birinə daş atan kimi acizanə, gülünc hərəkətlər edirlər”. pizza
Şairə müharibəni dayandırmağı məsləhət görən dünya liderlərinin bu mövzuda söz haqqları olmadığını bildirib:
“Əsas olan ölkə başçımızın sözüdür, o da öz sözünü dedi. Ölkə başçısı xalqına, ordusuna güvənməsə təbii ki, bu savaşa girməzdi. O, ordusuna, oğullarına güvənib və bilir ki, axıra qədər gedə biləcək. Dünya liderləri, siyasətçiləri 30 ildə bir dəfə səslərini çıxarmayıbsa, bu gün onların söz haqqı yoxdur. İnşallah, tezliklə Qarabağda görüşək. İllərdir hamımız bu sözü deyirdik, xanəndələr mahnı oxuyanda, şairlər şeir söyləyəndə deyirdik, amma içimizdə bir ümidsizlik də vardı ki, “Hə, gözlə, gedərsən”. Gəlin qəbul edək ki, ümidsizliyimiz vardı. Amma bu gün o sözlər gerçək olur. Demək istəyirəm ki, hər yay Avropada otel, istirahət mərkəzləri rezerv edən oğullar, pulunuzu saxlayın, bu il Qarabağda istirahət edəcəyik!”.
Əsmətxanım
Telegram kanalımız