Avropada pandemiyadan ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Avropada pandemiyadan ölənlərin sayı artdı

Dünya

20 Mart 2021 10:30 715


Avropada yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişən pasiyentlərin sayı 1 000 062 nəfərə çatıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Nəşr bildirib ki, Avropa ölkələrində 37 221 978 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Bundan başqa, dünya üzrə infeksiyaya yoluxanların 30,5 faizi, virusdan ölənlərin 35,5 faizi Avropanın payına düşür. Pepperoni pizza

Köhnə qitə vətəndaşlarının hər 100 nəfərindən 12-si artıq peyvənd olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge Kopenhagendə keçirdiyi brifinqdə deyib ki, Avropada COVID-19 virusundan dünyasını dəyişənlərin sayı bir il əvvəllə müqayisədə daha çoxdur.

Ekspert son vaxtlar Mərkəzi Avropa, Balkanlar, Baltik ölkələrində yoluxma, xəstəxanaya yerləşdirmə, ölüm faizi dünyada ən yüksək rəqəmlər arasında olduğunu diqqətə çatdırıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!