Avropada qazın qiyməti 850 dolları keçdi

saytların hazırlanması

Evə çatdırılma

Avropada qazın qiyməti 850 dolları keçdi

İqtisadiyyat

03 Noyabr 2021 00:12 1065


Avropada qazın qiyməti 1000 kubmetr üçün 850 ABŞ dollarını keçib.

Yenisabah.az xəbər verir ki, Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün 852 ABŞ dollarına yüksəlib. Gün ərzində ümumi qiymət artımı təxminən 8,5% təşkil edib.

Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 750 ABŞ dolları olub. Dominos pizza

Bundan sonra “Qazprom”un 2022-ci ilin birinci və ikinci rübündə Ukrayna və Polşa ərazisindən qaz nəqli üçün əlavə mənbələrin sifarişindən imtina etməsi xəbəri ilə qiymət yenidən qalxmağa başlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!