Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşdü

İqtisadiyyat

28 Oktyabr 2021 23:08 1089


Avropada qazın qiyməti 24 sentyabrdan bəri ilk dəfə 1000 kubmetr üçün 900 dollardan aşağı düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, saat 19:42-də Niderlandın TTF habında noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 897,8 dollar təşkil edib. pizza hut

Bildirilir ki, qiymətdə son 1 gündə qeydə alınan ümumi azalma 14 faiz təşkil edib.

Oktyabrın 27-si Avropada qaz 1000 kubmetr üçün 1040 dollar səviyyəsində alınıb satılıb./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!