Balkan yarımadasında yenidən etnik münaqişə ocağı formalaşır. Bosniya və Herseqovinanın Serb respublikası hissəsinin lideri Milorad Dodikin “İnterpol” tərəfindən axtarışa verilməsi etnik serbləri özündən çıxarıb.
Yenisabah.az xəbər verir ki, Dodikin etnik serbləri bütün dövlət qurumları və sosial işləri boykot eləmək çağrısından ölkə daxilində siyasi böhran yaranıb. Dodikin axtarışa verilməsinə Serbiya prezidenti Aleksandır Vuçiç də etiraz notası ilə cavab verib.
Qeyd edək ki, Yuqoslaviyanın dağılma prosesində qanlı vətəndaş müharibəsi yaşayan Bosniya və Herseqovina 3 etnik kimliyin (müsəlmanlar, serblər və xorvatlar) formalaşdırdığı hökumət quruluşu ilə idarə edilir. Serblərin bir hissəsi Serbiya ilə birləşmək istəyində olduğu üçün ölkə ərazisində tez-tez yüngül formalı etnik qarşıdurmalar meydana gəlir. pizza sifarişi
Serblər 1992-ci ilin iyulunda Srebrenitsa qəsəbəsində 8372 nəfər bosniyalı müsəlman serblər tərəfindən etnik soyqırıma məruz qalıb.
Telegram kanalımız