Avropadan daha 12 azərbaycanlı deportasiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Avropadan daha 12 azərbaycanlı deportasiya olundu

Kriminal

03 Fevral 2021 13:29 630


Almaniya, Avstriya və Niderlandda qanunsuz yaşayan 12 azərbaycanlı deportasiya olunub.

Yenisabah,az-ın məlumatına görə, onlardan 3-ü Almaniyadan, 6-sı Avstriyadan, 3-ü isə Niderlanddan deport olunub. Avropa ölkələrindən çıxarılanlardan 1-i Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. pizza hut

Eyni zamanda, bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!