Avropadan İrana SƏRT XƏBƏRDARLIQ - TƏHDİDƏ KEÇDİLƏR…

saytların hazırlanması

Evə çatdırılma

Avropadan İrana SƏRT XƏBƏRDARLIQ - TƏHDİDƏ KEÇDİLƏR…

Dünya

13 Avqust 2025 09:27 323


“İranla razılaşma olmayacaqsa, sanksiyalar bərpa ediləcək”.

Yenisabah.az xəbər verir ki, bu sözlər Avropa ölkələri tərəfindən İrana xəbərdarlıqda əks olunub.

"Financial Times"ın məlumatına görə, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə danışıqları bərpa olunmazsa, BMT sanksiyalarını yenidən tətbiq edən “Snapback” mexanizmini işə salacaqlarını bəyan ediblər. Pepperoni pizza

Məlumata əsasən, hər üç ölkənin xarici işlər nazirləri BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladıqları məktubda bu xəbərdarlığı açıq şəkildə ifadə ediblər.

Məktubda vurğulanıb ki, əgər İran avqustun sonunadək diplomatik həll yoluna razılıq verməsə, Avropa İttifaqının sanksiyaları bərpa olunacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!