Avropanın 25 ölkəsində koronavirusun yeni növü aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Avropanın 25 ölkəsində koronavirusun yeni növü aşkar edildi

Dünya

14 Yanvar 2021 16:59 688


Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge brifinq zamanı deyib.

O bildirib ki, 2020-ci il ərzində Avropa ölkələrində 26 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 580 mindən çox şəxs vəfat edib: Dominos pizza

"Təkcə son 7 gün ərzində 1,8 milyon yoluxma qeydə alınıb. 2021-ci ilin əvvəlində ÜST-ün Avropa regionunda 280 milyondan çox sakin tam karantin rejimindədir".

H.Klüge əlavə edib ki, hazırda ÜST-ün Avropa regionunda 31 ölkədə vətəndaşların peyvəndləməsinə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!