Avropanın 8 ölkəsi Azərbaycan qazından istifadə edir

saytların hazırlanması

Evə çatdırılma

Avropanın 8 ölkəsi Azərbaycan qazından istifadə edir

İqtisadiyyat

06 İyun 2024 14:39 699


Sənaye inqilabının baş verməsi ilə dünyada enerji ehtiyatlarına tələbat durmadan artdı. Cənubi Qafqaz regionu istər ticarət , istərsə də təbii sərvət cəhətdən önəmli yerə malikdir. Azərbaycan  neft və  qaz  istehsalı ilə bölgənin və dünyanın vacib ölkələrindən biri hesab olunur. Ancaq təəssüflər olsun ki, bu sərvətdən gələn gəlir uzun illər düzgün formada xalqın mənafeyinə uyğun istifadə olunmayıb. İstər Çar Rusiyası dövründə, istərsə də Sovet  dövründə ölkəmizin təbii sərvəti mənimsənilmişdir. 

1991-cu il oktyabr ayında Azərbaycan öz müstəqilliyini elan etmişdir. Lakin 1991-1993-cü illər aralığında baş verən hadisələr - məcburi  köçkün axını və hakimiyyət uğrunda gedən münaqişələr ölkənin müstəqilliyini təhlükə altına alırdı. Nəzərə alsaq ki, Azərbaycanın təbii sərvətlərinin çoxluğu başqa dövlətlərin diqqət mərkəzində olmuşdur. 

1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı, onun idarəetməni öz əlinə alması ilə ölkədə  hər şeyi dəyişdirdi. Ölkənin ağır iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev təbii sərvətlərdən çox məharətlə istifadə etməyi planlaşdırdı. Hər şey bu sərgi ilə başladı. Məhz Xəzər Neft və Qaz Sərgisi zamanı bir çox məşhur şirkətlər Azərbaycana gəlmiş ölkəmizin sərvətləri ilə yaxından tanış olmuşdular. Bu sərgidən qısa bir müddət sonra ölkəmiz üçün ən əhəmiyyətli müqavilə olan “Əsrin müqaviləsi” imzalanmışdır. Toyuqlu pizza

1994-cu ildəki bu hadisələr xəzərin dərinliklərinin daha yaxşı öyrənilməsini qarşıya məqsəd  qoydu,  neft və qaz ixracı üçün yollar axtarıldı. Artıq Azərbaycan etibarlı enerji ixracatcısı olan ölkə kimi tanınır. Avropanın 8 ölkəsi Azərbaycanda  istehsal olunan qazdan səmərəli istifadə edir. 

Möhtərəm prezidentimiz cənab İlham Əliyev öz çıxışında bildirmişdi ki, Azərbaycan  külək enerjisindən də istifadə edə biləcək. Bunun üçün B.Ə.Ə –dan Masdar şirkəti ilə müqavilə imzalanmışdır. İlham Əliyev enerji təhlükəsizliyinin ölkənin əsas diqqətində olduğunu bildirmişdir. 

İlham Əliyev bildirmişdir ki, uzun illərdir Azərbaycanda imzalanan bütün müqavilələrin şərtlərinə ölkəmizdə əməl edilir. 

Ceyran Novruzova 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!