Avropanın bu ölkəsi koronavirusdan qurtuldu

saytların hazırlanması

Evə çatdırılma

Avropanın bu ölkəsi koronavirusdan qurtuldu

Dünya

25 İyun 2020 16:33 1122


Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Yenisabah.az Mərkəzi Avropanın cənub-qərbində yerləşən Lixtenşteyndə infeksiyaya yoluxmuş 82 nəfərdən biri ölüb, 81 nəfər sağalaraq evə buraxılıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Lixtenşteyni koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib. pizza mizza

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Vatikan, Laos, Qvadelupa, Sint-Marten, Bruney, Qrenada, Cəbəllütariq və Dominikada koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.(modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!