Avropanın “dişsiz”, amma qərəzli qurumu – Şərh

saytların hazırlanması

Evə çatdırılma

Avropanın “dişsiz”, amma qərəzli qurumu – Şərh

Siyasət

07 Fevral 2020 14:21 1089


“Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən Avropa Şurası haqqında çıxışında bildirib. 

Ölkə başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. O əlavə edib ki, təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların nəticəsidir ki, Avropa Şurasında deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir, dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Dördpendirli pizza

Prezident İlham Əliyev qeyd edib ki, məhz bu cür sifariş əsasında hədəfə almalar nəticəsində və ayrı-seçkilik səbəbi ilə qurum nüfuzunu itirib, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini itirib. 

Ölkə başçısı Avropa Şurasında Azərbaycan haqqında qərəzli, heç bir əsası olmayan məlumatlara əsaslandığını, Azərbaycanı sanki geridə qalmış ölkə kimi təqdim edildiyini, ölkədə gedən müsbət proseslərin qeydə alınmadığını vurğulayıb. Və bununla bağlı bir sıra konkret faktları qeyd edib. Eyni zamanda, Azərbaycana qarşı qərəzi sübut edən bir neçə məqamı xatırlarıb. 

Məsələn, Avropa Şurası vaxtaşırı olaraq Azərbaycanda insan haqlarının tapdanması, polis zorakılığı, siyasi məhbus mövzusunda hesabatlar, bəyanatlar qəbul edir. Lakin bu cür tənqidi münasibət digər ölkələrə qarşı baş vermir. Məsələn, Avropanın mərkəzində - Fransada 2018-ci ilin noyabrından başlayan və fasilələrlə bir ildən çox davam edən “sarı jiletlilər” aksiyalarında 11 nəfər ölüb, 4200-dən çox insan yaralanıb. 12 mindən çox insan isə həbs olunub. Ancaq bu zorakılıqlara görə Avropa Şurası Fransanı cəzalandırmaq çağırışı etməyib. 

Ya da çox uzağa getmədən, Azərbaycana qonşu olan Gürcüstan, Ermənistan və Ukraynada qeydə alınan həbslər, etiraz aksiyalarının yatırılması zamanı yol verilən zorakılıqlar Bakıya olduğu qədər sərt reaksiya doğurmayıb.

Gürcüstanda, Ermənistanda, Ukraynada mövcud hakimiyyətlər öz siyasi rəqiblərini həbs etdirib, hətta Ukraynada qanuni seçilmiş və seçkilər yolu ilə postunu təhvil vermiş Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. 

Qeyd etmək lazımdır ki, Azərbaycan 2001-ci il yanvarında üzv qəbul olunub. Ancaq sonrakı illərdə Azərbaycana qarşı sistematik qərəzli münasibət müşahidə olunmağa başlayıb. Ən bariz ayrı-seçkilik Azərbaycan və Ermənistana hətta üzvlük prosesində eyni münasibətin göstərilməsidir.

Halbuki hər iki ölkə Avropa Şurasına üzv olarkən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu və bu, BMT TŞ-nin qətnamələri ilə hüquqi qiymtə almışdı. Ancaq buna baxmayaraq, nə o zaman, nə də sonrakı dövrdə işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq olmayıb. Əksinə, Azərbaycana qarşı daha qərəzli və tənqidi münasibət özünü göstərib.

Vaxtaşırı olaraq AŞ nümayəndələri Azərbaycana qarşı tənqidləri “insan haqları və demokratiya mövzusunda” olduğunu bildirir, lakin faktlar göstərir ki, heç də elə deyil. Məsələn, AŞPA-nın 2015-ci ildə keçirilmiş yay sessiyasında müzakirə edilmiş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 2062(2015) saylı qətnamədə “of the occupation by Armenia of the Nagorno-Karabakh and seven other provinces of Azerbaijan” sözlərinin “of the Nagorno-Karabakh conflict” sözləri ilə əvəz edilməsi ilə AŞPA-da bəzən işğal kimi eyni xarakterli məsələlərdə ölkələrə münasibətdə fərqli yanaşma ortaya qoyulub.

Həmin sözügedən dəyişikliyin (amendment) müəllifi ölkəmizə qarşı qərəzli münasibətilə seçilən Piter Omtsiq, Andreas Qross, Rene Ruke və digərləri olublar.

Heç bir konkret təsir mexanizmi olmayan və yeganə “təzyiq vasitəsi” ölkələrin səsvermə hüququnun əlindən alınması olan AŞ və xüsusilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Rusiya məsələsində qurumun geri addım atması onun ciddi bir təşkilat kimi imicinə zərbə idi. 

Bu səbəbdən də AŞPA-da son illər aparılan müzakirələr daha sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir.

Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib. 

Bu da quruma olan münasibətin göstəricisidir. Məsələ ondadır ki, Avropada əsas siyasi qurum kimi indi Avropa İttifaqı çıxış edir və Avropa Şurası İttifaqın “siyasi əlavəsi” kimi çıxış edərək daha çox təzyiq mexanizmi kimi istifadə olunur. 

Məsələn, Azərbaycanla Avropa İttifaqı ölkələri ilə inkişaf etmiş iqtisadi əlaqələr mövcuddur. Azərbaycan Avropaya mühüm enerji dəhlizlərindən biri kimi çıxış edir. Bu səbəbdən də hazırda İttifaq və rəsmi Bakı arasında münasibətlər yüksək səviyyədədir. Lakin Avropa Şurasının iqtisadi və ya hərbi-strateji əməkdaşlıq sahəsində hər hansı öhdəlik və ya məsuliyyəti olmadığı üçün tənqidi qərarlar AŞ PA tərəfindən olur. 

Bu səbəbdən də indi son illərdə rəsmi Bakı AŞ ilə əlaqələrə ciddi önəm verməməkdədir. Çünki yuxarıda qeyd olunduğu kimi, hazırda Bakının əsas Avropa təşkilatı olan Avropa İttifaqı ilə hərtərəfli geniş və əhatəli əlaqələri var.

Azərbaycan prezidentinin çıxışında məhz bu məqamları vurğulaması, Bakının ATƏT-lə münasibətlərdə olduğu kimi, AŞ PA-ya qarşı da sərt mövqe sərgiləyə biləcəyinə işarədir. Yəni Bakı indi bu məqamları əsas gətirərək, AŞ PA-dakı fəaliyyətini dondura bilər. Bu zaman AŞ PA Azərbaycanla bağlı ikinci Rusiya vaqeəsi yaşaya bilər.//Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!