Avropanın enerji komissarı Kadri Simson Avropa İttifaqına əlavə qaz tədarükü ilə bağlı müzakirələr aparmaq üçün fevralın 4-də Azərbaycana, fevralın 7-də isə ABŞ-a səfər edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Çərşənbə axşamı Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib:
“Qaz tədarükü ilə bağlı danışıqlar davam edəcək. Cümə günü Avropa komissarı Simson fevralın 4-də Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlər toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Fevralın 7-də isə o, Ali Nümayəndə Cozep Borrelllə birlikdə Aİ-ABŞ Enerji Şurasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək”. pizza
Telegram kanalımız