Avropanın məşhur klubları “Qarabağ”ın futbolçusu ilə maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Avropanın məşhur klubları “Qarabağ”ın futbolçusu ilə maraqlanır

İdman

19 Fevral 2024 15:45 870


"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa klublarının maraq dairəsindədir. 

Yenisabah.az "DM Sport"a istinadən xəbər verir ki, Almaniyanın “Auqsburq” və Şotlandiyanın “Seltik”klubları fransalı yarımmüdafiəçini heyətə cəlb etmək istəyir. 

Xəbərdə qeyd olunub ki, sözügedən klublar mövsümün sonunda - Zubirin "Qarabağ"la hazırkı müqaviləsi başa çatanda onun keçidini həll etməyə çalışır.  pizza hut

UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçında (4:2) 2 qol vuran və 1 məhsuldar ötürmə edən 32 yaşlı futbolçu ilə Fransa Liqa 1-də çıxış edən bir klubun da maraqlandığı bildirilib. 

Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir bu mövsüm Ağdam klubunda ümumilikdə 39 oyuna 11 qol vurub, 10 qol ötürməsi edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!