Avropanın "Top" komandalarının reytinq siyahısı açıqlanıb. Cədvəldə qitənin 435 komandası yer alıb.
Yenisabah.az xəbər verir ki, Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı klubumuz “Qarabağ”dır.
Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. 203 xala malik “Qarabağ” Avropada 85-cidir. Ağdam klubu 2 pillə irəliləyib. Təmsilçimiz “Başakşəhər” və “Nitsa”nı geridə qoyub. pizza mizza
30 xala malik “Neftçi” 8 pillə irəliləyib və Avropada 246-cıdır. 10 xal geri qalan “Qəbələ” beş addım geriləyib və 288-ci sırada yer alıb.
Qeyd edək ki, siyahıya 2119 xalla “Real” başçılıq edir. (apasport)
Telegram kanalımız