“Avroviziya-2021”in qalibi İtaliya oldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya-2021”in qalibi İtaliya oldu - VİDEO

Şou

23 May 2021 07:29 1201


Niderlandın Rotterdam şəhərində “Ahoy” arenasında keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında bütün iştirakçıların çıxışları yekunlaşıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb. pizza

Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub.

İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal.  

İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!