“Avroviziya -2021”in qalibi narkotik testindən keçəcək - Video

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya -2021”in qalibi narkotik testindən keçəcək - Video

Şou

23 May 2021 19:41 1435


Avropa Yayım Birliyi “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibinin canlı yayımda narkotik istifadə etməsi ilə bağlı yayılan ittihamlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Qeyd olunub ki, “Måneskin” rok-qrupunun solisti, müğənni David Damiano İtaliyaya döndükdən sonra könüllü olaraq narkotik testindən keçəcək, testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək. Marqarita pizza

“İtaliya nümayədə heyəti bizə bildirib ki, “Yaşıl Otaq”dakı masanın üzərində narkotik olmayıb, şüşələr qırılıb. AYB otaqdakı yoxlamadan sonra qırılan şüşənin tapıldığını təsdiqləyə bilər. Hələ də görüntüləri diqqətlə araşdırırıq və vaxtında əlavə məlumat verəcəyik”-, Birliyin bəyanatına deyilir.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!