İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
Yenisabah.az xəbər verir ki, yarımfinal "PalaOlimpico" qapalı arenasında təşkil olunub.
İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edəcək. Marqarita pizza
Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edəcək.
Telegram kanalımız