“Avroviziya“ müsabiqəsi ənənəvi qaydada keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya“ müsabiqəsi ənənəvi qaydada keçirilə bilər

Mədəniyyət

01 Aprel 2021 14:29 786


Bu ilin mayında Niderlandda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə tamaşaçılar buraxıla bilər.

Yenisabah.az-ın məlumatına görə, bu barədə müsabiqənin təşkilatçıları bildirib.

Qeyd olunur ki, tamaşaçıların müsabiqədə iştirakı eksperiment xarakteri daşıayacaq. Niderland hökuməti böyük auditoriyalı tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinin mümkünlüyünü yoxlayacaq. Toyuqlu pizza

"Avroviziya" müsabiqəsinin məşqinin yarımfinal və final yarışlarında eyni zamanda 3,5 minədək tamaşaçının iştirakı nəzərdə tutulur. Bunun üçün mənfi koronavirus testi nəticəsi tələb olunacaq. (Trend)

Qeyd edək ki, 2021-ci il "Avroviziya" mahnı müsabiqəsi mayın 18-22-də Niderlandın Rotterdam şəhərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!