Avroviziya şərhçimiz o olacaq

saytların hazırlanması

Evə çatdırılma

Avroviziya şərhçimiz o olacaq

Şou

04 Aprel 2024 15:05 634


“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq.

O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək. Sezar pizza

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!