ABŞ-da yaşayan "Avroviziya" təmsilçimiz Fərid Məmmədov orada ermənilərin azərbaycanlılara etdiyi hücumdan yazıb.
Yenisabah.az xəbər verir ki, bu haqda sosial şəbəkə hesabənda məlumat verən Fərid, Los Anceles şəhərindəki aksiyada ermənilərin həmyerlilərimizə xəsarət yetirdiyini bildirib:
"ABŞ-da Los-Ancelesdə Azərbaycan səfirliyi qarşısında dörd mindən çox murdar erməni toplaşaraq şüarlarla çığır-bağır edib. Yalnız 30-40 azərbaycanlı onlara qarşı durub, həmvətənlərimiz murdarlar tərəfindən müxtəlif bədən xəsarətləri alıblar". Dominos pizza
Qeyd edək ki, "Avroviziya-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən F.Məmmədov uzun müddətdir ki, ailəsi ilə birgə ABŞ-a köçüb.
Telegram kanalımız