“Avroviziya”nı boykot etdilər

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya”nı boykot etdilər

Şou

13 Sentyabr 2025 23:56 443


Niderland "Avroviziya 2026"nı boykot etməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb Qəzza zolağında baş verən münaqişə fonunda İsrailin yarışmada iştirak etməsi olub.

Niderlandla yanaşı İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Onlar açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar.  pizza sifarişi

İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin yarışmada iştirakını “əxlaqsızlıq” adlandırıb.

Qeyd edək ki, bu il "Avroviziya 2026"nın ev sahibi Vyana olacaq. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!