Avstraliya hökuməti karantin rejimini yumşaldıb. Parkların, restoran və kafelərin, iri ticarət mərkəzlərinin fəaliyyətə başlamasından sonra məşhur “Bondi” çimərliyinin də açılmasına icazə verilib.
Yenisabah.az xəbər verir ki, “Bondi”nin fəaliyyətə başlaması ölkədə böyük rezonans doğurub. Xəbəri eşidən minlərlə insan çimərliyə üz tutub.
Çimərlik səhər 7-dən axşam 5-ə kimi açıq olacaq. pizza hut
Qeyd edək ki, hazırda Avstraliyada 6 731 koronavirs xəstəsi var. Son 24 saatda 11 yoluxma qeydə alınıb. Ölkədə bu günə kimi koronavirusdan 84 nəfər dünyasını dəyişib.
Telegram kanalımız