Avstraliyalılar COVID-19-un ikinci dalğasını gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Avstraliyalılar COVID-19-un ikinci dalğasını gözləyir

Dünya

24 İyun 2020 14:46 916


“Guardian” qəzetinin avstraliyalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar COVID-19 pandemiyasının ikinci dalğasını gözləyirlər. Sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inandığını bildirib.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faizi işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVID-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Baş Nazir qeyd edib ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar yoluxma sayında artım davam edəcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!