Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırıldı

Dünya

07 Mart 2021 22:53 593


Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb.

Yenisabah.az xəbər verir ki, qərar peyvənd vurulandan sonra bir qadının ölümü və digərinin xəstələnməsinin ardından qəbul edilib. Bu barədə Avstriyanın Səhiyyədə Təhlükəsizlik Federal İdarəsinin (BASG) bəyanatında bildirilib.   

Sənədə əsasən, 49 yaşlı qadın peyvənd olunduqdan sonra vəfat edib. Onun ölümünə səbəb qan laxtalanması olub. Digər 35 yaşlı qadında isə vaksinasiya nəticəsində ağciyər damarlarında tromblar əmələ gəlib. Hazırda o, xəstəxanada müalicə alır. Dördpendirli pizza

Qeyd edək ki, iki gün öncə Macarıstanda da “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!