Avstriyalı milyarder həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Avstriyalı milyarder həbs edildi

Dünya

15 Oktyabr 2025 20:57 197


Avstriyada İnsbruk Məhkəməsi iflas etmiş "Signa" daşınmaz əmlak holdinqinin milyarder təsisçisi Rene Benkonu maliyyə maxinasiyalarına görə iki il həbs cəzasına məhkum edib.

Oxu.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Məhkəmə nəticəyə gəlib ki, Benko öz investorlarını 300 min avro məbləğində aldadıb. O bu məbləği şirkətinin iflasından əvvəl pulları kreditorlardan gizlətmək məqsədilə şəxsi hesablara köçürüb. pizza mizza

Qeyd edək ki, Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi "Signa"nın sahibi olub. 2023-cü ilin noyabr ayında holdinq iflas edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!