Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.
Yenisabah.az xəbər verir ki, şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən əziyyət çəkdiklərini bildirirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, mayın 15-dən etibarən müvəqqəti istismarda olan marşrut xətlərində kondisionerlərin işlək vəziyyətdə saxlanılması daşıyıcı şirkətlərin diqqətinə çatdırılıb. pizza
Daşıyıcı şirkətlərlərdən verilən məlumata görə, avtobuslarda kondisionerlərin istifadəsinə iyunun 2-dən etibarən başlanacaq.
Telegram kanalımız