Avtobus sürücüsünü döyənin şəxsiyyəti müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Avtobus sürücüsünü döyənin şəxsiyyəti müəyyənləşdi

Kriminal

30 Aprel 2021 12:58 740


Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov açıqlama yayıb:

"Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib. pizza sifarişi

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!