Avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb

saytların hazırlanması

Evə çatdırılma

Avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb

İqtisadiyyat

16 Dekabr 2020 17:24 623


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 986 801,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% azdır.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında avtobus nəqliyyatı ilə 1 569 611,1 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 40 129,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,6% azdır. Belə ki, 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 66 439,2 min nəfər istifadə edib. pizza hut

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!