Avtobus və yük maşını toqquşdu,   19 nəfər öldü 

saytların hazırlanması

Evə çatdırılma

Avtobus və yük maşını toqquşdu, 19 nəfər öldü 

Hadisə

27 May 2023 08:37 1073


Kamerunun cənub-qərbində Sahilyanı bölgəsindəki Edea şəhəri yaxınlığında avtobus və yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb. 

"Report" ABC News-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Jan-Ernest Massena Nqalle Bibehe deyib. 

Məlumata görə, qəza Duala-Edea yolunda polis postunun yaxınlığında baş verib.  pizza mizza

İlkin versiyaya görə, avtobus sürücüsü idarəetməni itirərək əks istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Qəza nəticəsində bir neçə nəfər də xəsarət alıb, onların sayı dəqiqləşdirilməyib. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!