“Avtobusda adam çoxdursa, minməyin!”   – Ekspert çıxış yolunu göstərdi

saytların hazırlanması

Evə çatdırılma

“Avtobusda adam çoxdursa, minməyin!” – Ekspert çıxış yolunu göstərdi

Sosial

30 Mart 2020 18:21 600


“Bakı Metropoliteni”nin fəaliyyətinin məhdudlaşdırması ilə bağlı tətbiq olunan tədbirlərdən sonra avtobuslara tələbat artıb. Ancaq bəzi avtobus sürücüləri karantin rejiminə əməl etmirlər. Həmin sürücülər operativ qərargahın müəyyən etdiyi normadan çox sərnişin götürürlər. Bu isə insanlar arasında infeksiyanın yayılma dalğasını kəskin artıra və bütün ölkəyə mənfi təsir göstərə bilər. Bəs bunu necə önləmək olar? 

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Yenisabah.az saytına verdiyi açıqlamada belə bir vəziyyətin ictimai nəqliyyat sektorunda həqiqətən mövcud olduğunu, lakin burada birbaşa sürücüləri və ya daşıyıcı şirkətin rəhbərini günahlandırmağın düzgün olmayacağını deyib: “Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara vətəndaşlar tərəfindən riayət olunmalıdır. Vətəndaş dayanacaqda dayanarkən gələn avtobusda sıxlıq müşahidə etdikdə ona minməli deyil. Bu gün avtobus sürücülərinin imkanları çox məhduddur, bu formada sərnişin axınını idarə etmək bir qədər çətindir. Hansısa məhdudiyyət tətbiq etmək iqtidarında deyil. Çünki mövcud vəziyyətdə sürücü-sərnişin arasında qarşılıqlı anlaşma olmalıdır. Hansısa sürücü sərnişinlərə avtobusa daxil olmamaqla bağlı müraciət etdikdə sərnişin vəziyyəti nəzərə almalıdır. İnsanlar həm özlərini, həm yaxınlarını yoluxmadan qorumalıdırlar. Avtobusda yer olmasa da, sərnişinlər içəri keçmək istəyirlər. Bu baxımdan maarifləndirmə məsələlərinə yer verilməlidir, çünki yalnız bu yolla uğura nail ola bilərik”.

Azər Allahverənov ictimai nəqliyyatda da maarifləndirməyə ehtiyac olduğunu qeyd edib: Əgər maarifləndirmə işi bir tərəfdən əlcəklər, qoruyucu maskalarla bağlıdırsa, digər tərəfdən də ictimai nəqliyyatdan istifadə etməklə bağlı olmalıdır. Düzdür, ictima nəqliyyatda sosial məsafə prinsipi tətbiq olunur. Oturacaqlardan bəzilərini boş saxlayırlar ki, məsafə yaransın. Lakin sərnişinin bildiriş vərəqini götürüb əyləşməsinin şahidi olmasam da, belə halın yaşana biləcəyini təxmin edirəm. Bu baxımdan maarifləndirmə işi geniş səpkidə qurulmalıdır. Burada mühim bir nüans var. Sərnişinlərdən kimsə ola bilər ki, işlə əlaqədar bir məntəqədən digərinə gedir. Belə olduğu təqdirdə, həmin şəxsin çalışdığı müəssisənin rəhbərliyi gecikməni nəzərə almalıdır. Çünki bu gün Bakı Metropoliteninin məhdud saatda işləməsi sözsüz ki, avtobusların üzərinə böyük qoymuş olur. Nəticə etibarilə də böyük sıxlıq ola bilər. Vətəndaşlarımız salonun içindəki insanların sıxlığını nəzərə alaraq davranmalıdır”.  Sezar pizza

Qadağa tətbiqinə gəldikdə isə ekspert bunun çətin məsələ olduğunu bildirib: “Qaydalara əməl etmək sərnişinin borcudur. Sosial məsafə daha çox tövsiyə olunan məsələdir. Düzdür, qərargahın müəyyən etdiyi qaydalar inzibati məsuliyyətə cəlb olunan qaydalardır. Məsələn, avtobusda normalda 50 adam gedə bilərsə, bu gün 25 adam gedə bilər və 26-27-ci adamın avtobusa minməsi inzibati xətadırsa, onun da qanunvericiliklə tənzimlənən tərəfi olmalıdır. Amma düşünmürəm ki, kimsə durub insanları bir-bir saysın”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!