Avtobusda dava 3 ay həbslə bitdi

saytların hazırlanması

Evə çatdırılma

Avtobusda dava 3 ay həbslə bitdi

Sosial

04 Sentyabr 2025 11:29 394


Bakıxanov qəsəbəsində, 185 saylı marşrut avtobusunda dava baş verib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, Zabrat qəsəbəsində sərnişin Niyazi Ağayev (soyad şərtidir) əmisi ilə birlikdə avtobusa minib. O, Bakıxanov qəsəbəsində sürücüyə yaxınlaşaraq, əmisinin xəstə olduğunu deyib və buna görə avtobusu dayanacaqdan kənar yerdə saxlamasını istəyib.

Sürücü dayanacaqdan kənarda avtobusu saxlamağın qadağan edildiyini bildirib. Niyazi sürücü ilə mübahisə edərkən avtobusda sərnişin qismində olan Hüseyn Məmmədov (soyad şərtidir) söhbətə müdaxilə edib. O, sürücünü müdafiə edib. Pepperoni pizza

Avtobus dayanacaqda saxlanıb və Hüseyn avtobusu tərk edib. N.Ağayev onun arxasınca düşərək mübahisəni davam etdirib. Nəticədə dava yaranıb və Hüseyn Niyazini döyüb. Sərnişinlər dava edənləri ayırıblar, əraziyə polis əməkdaşları gəliblər.

Faktla bağlı cinayət işi başlanıb, iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə H.Məmmədov 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!