Avtobusda qeyri-etik hərəkətlər edən şəxs axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Avtobusda qeyri-etik hərəkətlər edən şəxs axtarılır

Kriminal

28 Yanvar 2022 13:40 1181


Bakıda sərnişin avtobusunda sərnişin tərəfindən qeyri-etik hərəkətlərə yol verilməsi barədə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, sosial şəbəkədə həmin görüntüləri izləyiblər: “Polis faktı nəzarətə götürüb araşdırır. Qəti şəkildə bu cür qeyri-etik, əxlaqa zidd hərəkətləri pisləyirik”.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, bununla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Toyuqlu pizza

Qeyd edək ki, hadisə yanvarın 25-də, saat 15.00 radələrində, Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş verib. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!