Avtobusdan istifadə edənlər üçün VACİB XƏBƏR –   Bura müraciət edin!

saytların hazırlanması

Evə çatdırılma

Avtobusdan istifadə edənlər üçün VACİB XƏBƏR – Bura müraciət edin!

Sosial

02 İyun 2025 14:06 1053


Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər son günlər bəzi avtobuslarda kondisioner sistemlərinin işləməməsindən narazılıq edirlər. Yenisabah.az-a müraciət edən vətəndaşlar xüsusilə 17 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda sürücülərin kondisioneri qoşmadığını bildirirlər.

Qeyd edək ki, “BakuBus” MMC-nin mətbuat xidmətinin yaydığı açıqlamaya əsasən, hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə iyunun 2-dən etibarən istismarda olan bütün avtobuslarda kondisioner sistemləri mərhələli şəkildə aktivləşdirilməlidir. Bildirilib ki, əvvəlki illərin praktikasına əsasən bu proses hava şəraitinə uyğun şəkildə vaxtaşırı olaraq qabağa çəkilir və bu il də istisna olmayacaq.

Bununla bağlı Yenisabah.az quruma rəsmi sorğu ünvanlayıb. Qurumdan cavab olaraq bildirilib: pizza mizza

“Sərnişin rahatlığının təmin olunması məqsədilə BakuBus MMC tərəfindən iyunun 2-dən etibarən avtobuslarda kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsi prosesinə  başlanılıb.

Hazırda BakuBus parkında  yerləşən bütün elektrik avtobuslarında, eləcə də BMC markalı avtobusların 60 faizində kondisionerlər artıq işə salınıb. Yaxın günlərdə  bütün nəqliyyat vasitələrində də kondisioner sistemlərinin tam şəkildə işə salınması təmin olunacaqdır.

Bu məsələ ilə bağlı rəsmi sosial media platformalarımıza və ya info@bakubus.az e-poçt ünvanına müvafiq başlıqla müraciət göndərə bilərlər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!