Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacaq? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacaq? - RƏSMİ AÇIQLAMA

Sosial

01 Oktyabr 2025 15:20 447


Azərbaycanda ictimai nəqliyyatda bank kartları ilə gediş haqqının ödənilməsi məsələsi gündəmdədir.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzuya münasibət bildirib.

Qurumdan verilən məlumata görə, ölkənin bütün nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi əsas hədəflərdən biridir. Texniki imkanlar nəzərə alınmaqla bu istiqamətdə tədbirlərin mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub. pizza mizza

Bildirilib ki, ölkənin bütün ərazisində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü də əsas məqsədlərdəndir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!