Avtobusu idarə edərkən “TikTok”da canlı yayım açan sürücü işdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Avtobusu idarə edərkən “TikTok”da canlı yayım açan sürücü işdən azad edildi

Hadisə

10 Sentyabr 2023 18:15 549


Avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb. Dominos pizza

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!