Avtomobil marketə çırpıldı: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil marketə çırpıldı: Xəsarət alanlar var

Hadisə

12 Sentyabr 2024 00:44 606


Bakıda ağır qəza baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirilib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli Qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobilin idarə etməsini itirərək marketlərdən birinə çırpılıb.

Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. pizza

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!