Avtomobili tapıldı, özü isə tapılmır: Polis bu şəxsi axtarır - Video

saytların hazırlanması

Evə çatdırılma

Avtomobili tapıldı, özü isə tapılmır: Polis bu şəxsi axtarır - Video

Hadisə

13 İyun 2023 23:45 1718


24 gündür itkin olan şəxsin maşını tapılsa da özündən xəbər yoxdur.

Yenisabah.az Xezerxeber-ə istinadən xəbər verir ki, Şabran rayonunun Qələgah kənd sakini 65 yaşlı Ənvər Müslümov mayın 20-də gecə saat 4-də yaşadığı evdən  avtomobili ilə çıxaraq işi olduğunu deyib.

“Üzərindən 15 dəqiqə keçdikdən sonra onun telefonuna zəng çatmayıb.” Toyuqlu pizza

Bundan narahat olan ailə üzvləri axtarışlarına başlayıblar.

İtən kişinin oğlu Sülhər Müslümov bildirir ki, atasının psixi xəstəliyi olmayıb. O kənddə əkinçilik və heyvandarlıqla məşğul olub. Heç kimlə də ədavəti yoxdur.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.

Polis axtarışlara başlayıb.

Onun avtomobili tapılandan sonra heçbir şübhəli məqam da üzə çıxmayıb.

Referans.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!