Avtomobilin yanacaq çənində telefon keçirmək istədilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilin yanacaq çənində telefon keçirmək istədilər - Video

Kriminal

22 İyun 2020 12:57 1036


Azərbaycana Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Bu barədə Yenisabah.az Dövlət Gömrük Komitəsi tərəfindən yayılan məlumata istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin   Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Fedserasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Pepperoni pizza

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən  Rusiya Federasiyası istiqamətindən “Samur “ gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət  qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd  müxtəlif versiyalı  “iPhone 11”  markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!