Avtomobilindən 31 kiloqram narkotik çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilindən 31 kiloqram narkotik çıxdı - Foto

Kriminal

16 Aprel 2020 10:34 920


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən xəbərə görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!