Avtomobilinizi harada gəldi saxlamağa son –   Rəsmi müraciət

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilinizi harada gəldi saxlamağa son – Rəsmi müraciət

Sosial

10 Sentyabr 2025 12:14 401


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bu barədə Yenisabah.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, paytaxtda və respublikanın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir: Marqarita pizza

"Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır".

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edərək bildirir ki, parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!