“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da... olub”   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Avtoş”luq edən əsgərin atası: “Adam öldürməyib, uşaqdır da... olub” - Foto

Maraqlı

23 İyun 2022 12:02 1170


Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə dörd ay müddətinə həbs edilib. 

Məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı Rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov “Unikal”a açıqlama verib:

“Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, bir az gecikməsi olub, qurtardı getdi. pizza

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir”, - deyə o bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!