“Avtovağzal” “Xocəsən”lə birləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Avtovağzal” “Xocəsən”lə birləşdirildi - Foto

Sosial

10 Aprel 2020 15:25 889


Bakı metropolitenində yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib. Bənövşəyi xəttin “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.

“Bakı Metropoliteni” QSC-dən Yenisabah.az-a verilən məlumata görə,  “Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühim mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. 

Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. pizza

Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib. Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib. Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!