Avtovağzalda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtovağzalda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

Sosial

15 Mart 2019 16:53 651


Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi uzadılaraq martın 30-na qədər davam edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yayıb. Qeyd olunub ki, bu qərar Novruz bayramını regionlarımızda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub və regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq 

"Xüsusi ricamız da var. Biletlərinizi öncədən kassalardan əldə etməyi unutmayın. Bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!