Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir

Kriminal

22 Yanvar 2021 13:19 795


Azərbaycanda avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir.

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədiləməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. pizza hut

Hazırda isə cəzalar daha artıqdır. Belə ki, məcəllənin hazırki eyni bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!