Avtoxuliqanlıq edən sürücü cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqanlıq edən sürücü cərimələndi

Hadisə

05 Dekabr 2024 21:10 725


Avtoxuliqanlıq edən sürücü cərimələnib.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Patrul.az-a verilən məlumata görə, avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

"Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin 2007-ci il təvəllüdlü, Qobustan rayon sakini olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Dördpendirli pizza

Məhkəmənin qərarı ilə həmin şəxs 500 manat məbləğində cərimə olunub" , - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!