AXCP rəhbərliyinin şok səs yazısı yayıldı: Əli Kərimlini fitvala ki... - Audio

saytların hazırlanması

Evə çatdırılma

AXCP rəhbərliyinin şok səs yazısı yayıldı: Əli Kərimlini fitvala ki... - Audio

Siyasət

16 İyul 2020 14:42 2075


AXCP-nin rəhbərliyində təmsil olunan şəxslərin votsap müzakirələrinin səs yazısı yayılıb.

Həmin səs yazılarında partiya rəhbərliyində təmsil olunan şəxslərin bir-birlərinin əleyhinə danışması öz əksini tapır. Partiyadaxili intriqa ilə bağlı bir sıra həqiqərlər bu müzakirələrdə üzə çıxır, trolluq, pul mənimsəmə və daha bir neçə gizli məqamların üstü açılır.

Cəbhəçilərdən biri isə hətta bildirir ki, 17 nəfərə 180 dənə facebook profili var.  Marqarita pizza

AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov: Gənclər komitəsinin sədri Emil Səlimov “qrubıy” adamdı, özünü iqtidarda baş nazir kimi aparır, başı qarışıb qıza, gənc üzvlərimizlə işləmir, vəziyyət xaotikdir. Qruplaşma var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən. Akif də Binəqədi şöbəsin dağıtdı. Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir.

B. İmanov onunla yazışan şəxsin “Keçən dəfə Seymurgil, Fuad mənə irad bildirdi, qrupu ləğv elədim” fikrinə belə cavab verib: Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan.

Həmin şəxs daha sonra yazır: Başüstə abi, qrupu artırmağa davam edirəm, bir-iki dənə də dindarı çıxsaq hazırda 17 nəfərə 180 profilimiz var. Buna cavab olaraq İmanov deyir: Radikalları rədd elə getsin...

Daha sonra bildirir: 

-    Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki versinlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!