AXCP üzvünün cəzası yarıbayarı azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

AXCP üzvünün cəzası yarıbayarı azaldıldı

Kriminal

04 İyun 2019 16:15 1215


Çərşənbə axşamı İmran Hacıqayıbovun sədrliyilə Ali Məhkəmə AXCP-nin gənc fəalı, 6 il azadlıqdan məhrum edilmiş Orxan Baxışlının kassasiya şikayətinə baxıb.

Ali məhkəmə instansiyası ittihamı 234.4.3-cü maddədən (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 234.1-ci maddəyə (satış məqsədi olmadan narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması) tövsif edərək şikayəti qismən təmin edib. Məhkəmə cəza müddətini 3 ilədək azaldıb.

Müdafiə tərəfi bəraət verilməsinə təkid edib və Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədir. pizza sifarişi

Xatırladaq ki, Orxan Baxışlı 2018-ci il mayı 6-da saxlanılıb. Polis bildirib ki, onun üzərində 6 qram heroin aşkar edilib. Fəal ittihamı rədd edərək deyib ki, narkotik maddəni onun üzərinə polis işçiləri özləri qoyublar. Sentyabrın 18-də məhkəmə onu 6 il azadlıqdan məhrum edib.

Həbsdən bir neçə gün öncə - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalist Elmar Hüseynovun məzarı önündə tədbir zamanı O.Baxışlı hakimiyyəti jurnalistin ölümündə ittiham edib. Həmkarlarının fikrincə, məhz bu, onun həbsinə səbəb olub. Hüquq müdafiəçiləri O.Baxışlını siyasi məhbus kimi tanıyıblar.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!