“Axmağın biri deyir ki, yağış yağanda...” -   Elbay Qasımzadədən SƏRT CAVAB

saytların hazırlanması

Evə çatdırılma

“Axmağın biri deyir ki, yağış yağanda...” - Elbay Qasımzadədən SƏRT CAVAB

Sosial

22 Aprel 2025 16:54 3691


"Yağış az yağır ya çox yağır, bu Bakının əhalisindən asılı deyil ki. Əhalinin Bakıya vurduğu zərər tamam başqa şeylərdədir. Bunun yağışa, iqlimə ümumiyyətlə aidiyyəti yoxdur".

Bunu Ajans.az-a açıqlamasında Bakının keçmiş baş memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. O bildirib ki, bu problemlər memarların yox, müvafiq qurumların mövzusu olmalıdır:

"Axmağın biri var deyir ki, yağışın körpünün altında yığılmasının səbəbi memarların səhvidir. Sadəcə olaraq savadsız adamdır, anlamır nə danışır. Ona görə də bu mövzu mənim mövzum deyil. Bu mövzuda şəhər təsərrüfatı, "Azərsu" danışmalıdır. Baş verənləri onlardan yaxşı bilən yoxdur". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!