"Axşam və səhər boğazımı yaxalayıram" - Elman Nəsirov

saytların hazırlanması

Evə çatdırılma

"Axşam və səhər boğazımı yaxalayıram" - Elman Nəsirov

Siyasət

03 Mart 2020 19:35 777


"Koronavirusdan qorunmaq üçün indiyə kimi heç bir maskadan istifadə etməmişəm". "Yeni Sabah" xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib. "Mən əllərimi tez-tez yumağı xoşlayıram. Adamların çox olduğu yerlərdə demək olar ki, olmuram. Onu da deyim ki, axşam və səhər boğazımı yaxalayıram. Bundan əlavə, C vitamini qəbul edirəm. Ümumiyyətlə payız və yaz mövsümündə bəzi xəstəliklər baş qaldırır. Ondan qorunmaq üçün isə immuniteti gücləndirmək lazımdır" – E.Nəsirov qeyd edib. Deputat onun zəif nöqtəsinin boğazı olduğunu deyib: "İşimizlə bağlı çox danışırıq. Bu da bizim səs tellərimizə öz təsirini göstərir. Ona görə də səhər və axşam boğazımı yaxalayıram". /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!