Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində - “18:00-dək ermənilər çıxmalıdır?..” - Video

saytların hazırlanması

Evə çatdırılma

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində - “18:00-dək ermənilər çıxmalıdır?..” - Video

Hadisə

30 Noyabr 2020 19:02 1827


44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni ordusu haqda isə olmazın  yalanlar söyləmiş Rusiya jurnalisti Semyon Peqov son saatda Laçın rayon mərkəzindən video-görüntü yayıb.

Yenisabah.az Moderator.az-a istinadən xəbər verir ki, erməni mediasında təqdim edilmiş videodan bəlli olur ki, Laçın şəhərinin keçmişdən -sovet dövründən “poçt” deyilən Şuşa və Qubadlı istiqamətlərindən giriş-çıxış hissəsində  əsasən Rusiya hərbi texnikası və iri sərnişin avtobusları hərəkət edir. Avtobuslar əsasən Ermənistan istiqamətinə doğru gedirlər... 

Şəhərdə hələ də mülki adamlar, (yəqin ki, ermənilər) görünür. S.Peqov isə guya Laçının “statusu”nun hələ dəqiqləşdirilmədiyini söyləyir. “Bilinmir ki, yerli sakinlər- ermənilər Laçında qalacaqlar. Yaxud saat 18:00-dək çıxmalıdırlar"- deyə saxtakar jurnalist çərənləyir... pizza mizza

Xatırladaq ki, işğal altındakı torpaqlarımızdakı məlum davranışlarına görə S.Peqov Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılaraq axtarışa verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!